XƏBƏRLƏR
MƏLUMAT
Binəqədi rayon MKS-nin Mərkəzi Kitabxanasında “Dövlətçilik tariximizin parlaq səhifəsi” mövzusunda tədbir keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
27/05/2019 15:24

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Binəqədi rayon MKS-nin Mərkəzi Kitabxanasında “Dövlətçilik tariximizin parlaq səhifəsi” mövzusunda tədbir keçirilib.

Tədbirdə Binəqədi rayon MKS-nin direktoru Rəna Biləndərli, AMEA Milli Azərbaycan Tarixi Muzeyi, Xarici əlaqələr və elmi-kütləvi iş şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Bəhmən Kərimov, AMEA Elm Tarixi İnstitutunun elmi işçisi Aybəniz Osmanova “Cümhuriyyət dövründə ictimai həyatda qadınların rolu” mövzusunda çıxış ediblər.

Tədbir zamanı Binəqədi rayon MKS-nin İnformasiya-resurs şöbəsi tərəfindən “M.Ə.Rəsulzadənin 1953-cü il 28 may çıxışı” nümayiş olunub, Baş kitabxanaçı Aygün Əliyeva “Azərbaycan Xalq Cümhuriyyəti” adlı kitab sərgisində nümayiş etdirilən çap əsərlərindən biblioqrafik icmal ilə çıxış edib, Uşaq şöbəsinin müdiri Səidə Sərdarova və şöbənin kiçikyaşlı oxucusu Münəvvər Vəlisoy şeir nümunələri söyləyiblər.

Tədbirin keçirilməsində məqsəd böyüməkdə olan və gənc nəsilə bugün demokratik ənənələri özündə cəmləşdirən, mütərəqqi xarakterdən qaynaqlanan Azərbaycan Xalq Cümhuriyyəti tariximizə yüksək qiymət verməyi və böyük ehtiram bəsləməyi aşılamaq olub. 

Tədbirdə Binəqədi rayon Rüstəm Əliyev adına 3 nömrəli tam orta məktəbin IX sinif şagirdləri iştirak edib.

Baxış sayı: 89251