XƏBƏRLƏR
MƏLUMAT
Binəqədi rayon MKS-nin Mərkəzi Kitabxanasında Abbas Səhhətin yaradıcılığına həsr olunmuş tədbir keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
23/05/2019 16:53

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Binəqədi rayon MKS-nin Mərkəzi Kitabxanasında görkəmli şair,dramaturq,tərcüməçi  Abbas Səhhətin yaradıcılığına həsr olunmuş tədbir keçirilib.

Tədbiri kitabxananın Uşaq şöbəsi təşkil edib.Tədbirdə “Cığır” Mənəvi dəyərlərin inkişafına dəstək ictimai birliyinin məktəbli üzvləri iştirak ediblər.

İlk olaraq Uşaq şöbəsinin müdiri Səidə Sərdarova məktəbliləri salamlayıb, onları Uşaq şöbəsi ilə yaxından tanış edib, uşaq şöbəsinin sistem inzibatçısı Dürdanə Talıbova Abbas Səhhətin həyatı və yaradıcılığı haqqında uşaqlara geniş məlumat verib.

İnformasiya resurs şöbəsinin müdiri Şəfiqə Ağayeva “Abbas Səhhət” sənədli televiziya filmi haqqında məktəblilərə məlumat verib.

Sonra məktəbli Səma Aslanova Abbas Səhhətin “Vətən” şeirini, “Cığır” İctimai Birliyinin məktəbli üzvləri Abbas Səhhətin “Yaz”, “Qarı və qulluqçuları”, “Tənbəl”, “Ayı və şir”, “Quşlar”, “İt və kölgəsi”, “Yay səhəri” şeirlərini söyləyiblər, Zəhra Aslanova və İslam Aslanov “İki uşaq”, Aişə Məmmədli və Nərgiz Məmmədli “Qarışqa və milçək”, Rabiyə İsmayıllı və İsmayıl İsmayıllı “Tülkü və qurd” təmsilləri əsasında səhnəciklər göstəriblər.

Uşaq şöbəsinin müdiri Səidə Sərdarova və baş kitabxanaçı Aygün Əliyeva müəllifin “Cərrahlıq” və “Bədbəxt ailə” hekayələri haqqında  məktəblilərə məlumat veriblər və hekayədən parçalar oxuyublar, “Bir məktəbdə imtahan” şerini səsləndiriblər.

Sonda məktəblilər “Abbas Səhhət–145” başlığı altında təşkil olunmuş sərgi ilə tanış olublar.

Baxış sayı: 96960