XƏBƏRLƏR
MƏLUMAT
Binəqədi rayon MKS-nin Mərkəzi Kitabxanası Sevil Gül Nurun “Şəhadət Sarayı” kitabının təqdimat mərasimini keçirib
ÜMÜMİ XƏBƏRLƏR
10/05/2019 10:26

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin  Binəqədi rayon MKS-nin Mərkəzi Kitabxanası  Şuşa şəhərinin işğalı ilə bağlı gənc şairə Sevil Gül Nurun “Şəhadət Sarayı” kitabının təqdimat mərasimini  keçirib.

Təqdimat  102 saylı tam orta məktəbdə təşkil olunub.

İlk olaraq  gənc şairə Sevil Gül Nurun kitabı haqqında ətraflı məlumat verilib. Kitabxananın Uşaq şöbəsinin baş kitabxanaçısı Aygün Əliyeva, İnformasiya və resurs şöbəsinin müdiri Şəfiqə Ağayeva və sistem inzibatçısı Nüşabə Məlikovaçıxış edərək məktəbliləri kitabda yer alan qəhrəmanlar haqqında məlumatlandırıblar.

Tədbirdə həmçinin 102 saylı tam orta məktəbin müəllimi İradə Quliyeva, kitabxanaçısı Minaxanım Quliyeva və şagirdlər də kitab haqqında öz fikirlərini söyləyiblər.

Sonda müəllif məktəbin kitabxanasına kitablarını hədiyyə edib.

Baxış sayı: 14713