XƏBƏRLƏR
MƏLUMAT
Binəqədi rayon MKS-nin Mərkəzi Kitabxanası “Balaca oxucuların bayramı” adlı tədbir keçirib
ÜMÜMİ XƏBƏRLƏR
31/05/2019 14:08

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Binəqədi rayon MKS-nin Mərkəzi Kitabxanasının Uşaq şöbəsi 1 iyun - Uşaqların Müdafiəsi Gününə həsr olunmuş “Balaca oxucuların bayramı” adlı tədbir keçirib.

Tədbirdə Rüstəm Əliyev adına 3 saylı tam orta məktəbin müəllimi Elmira Vəliyeva, şagirdlər və şöbənin oxucuları iştirak ediblər.

İlk olaraq Mərkəzi Kitabxananın direktor müavini Xuraman Ələkbərova qonaqları salamlayıb, Uşaq şöbəsinin müdiri Səidə Sərdarova “1 iyun - Uşaqların Müdafiəsi Günü” ilə bağlı məlumat verib.

Sonra oxucular şeirlər söyləyiblər, mahnı və rəqs nömrələri ilə çıxış ediblər.

Tədbirə kitabxananın azyaşlı oxucularının səsləndirdiyi “Azərbaycan”, “Ey Vətən”, “Azərbaycan bayrağı” adlı şeirləri tədbirə xüsusi rəng qatıb.

Sonda baş kitabxanaçı Aygün Əliyeva “Uşaqlar gələcəyimizdir” adlı sərgidə nümayiş olunan kitablarla tədbir iştirakçılarını tanış edib.

Baxış sayı: 11692