XƏBƏRLƏR
MƏLUMAT
Binəqədi rayon MKS-nin 6 saylı filialında “Hikmət Ziya - 90” başlığı altında tədbir keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
16/05/2019 08:41

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Binəqədi rayon MKS-nin 6 saylı filialında “Hikmət  Ziya - 90” başlığı altında tədbir keçirilib.

“Nağıl otağı”nda təşkil olunan tədbirdə kitabxananın böyük kitabxanaçısı Rəxşəndə Həsənova, Binəqədi rayon 182 saylı tam orta məktəbin ibtidai sinif şagirdləri və müəllimləri Mehriban Ağayeva və Fəridə Məmmədova iştirak edib.

Tədbiri, məktəbin IV sinif şagirdi, 106.3 Fm - “Azad Azərbaycan” radiosunda  uşaq verilişinin aparıcısı Əli Hüseynli şarin “Günayın rəsmi” şeri ilə açıb.

Sonra məktəbin ibtidai sinif müəllimi Mehriban Ağayeva şair,  tərcüməçi Hikmət Ziyanın həyat və yaradıcılığı barədə oxuculara geniş məlumat verib.

Daha  sonra məktəblilər şairin şeir və təmsillərindən parçalar söyləyiblər.

Sonda sərgidəki kitablara baxış keçirilib.

Tədbiri keçirməkdə əsas məqsəd uşaqlarda kitablara maraq oyatmaq və onları kitabxanaya cəlb etməkdir.

 

 

Baxış sayı: 30764