XƏBƏRLƏR
MƏLUMAT
Binəqədi rayon MKS-nin 6 saylı filialında “1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü” başlığı altında tədbir təşkil olunub
ÜMÜMİ XƏBƏRLƏR
31/05/2019 13:41

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Binəqədi rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 6 saylı filialında “1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü” başlığı altında tədbir təşkil olunub.    

Tədbirdə filial müdiri Mərziyə Hüseynli, böyük kitabxanaçı Rəxşəndə Həsənova, kitabxanaçı-informasiya texnologiyaları üzrə mütəxəssisi Xatirə Qəhrəmanova, Binəqədi kəndinin kiçik yaşlı uşaqları və valideynlər iştirak edib.       

Filial müdiri Mərziyə Hüseynli qonaqları salamlayaraq, uşaqlar 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə təbrik edib. O, vurğulayıb ki, uşaqlar bizim gələcəyimizdir.

Kitabxanaçı-informasiya texnologiyaları üzrə mütəxəssisi Xatirə Qəhrəmanova çıxış edərək Uşaqların Beynəlxalq Müdafiəsi Gününün tarixi haqqında məlumat verib.       

Tədbirdə uşaqların nümayiş etdirdikləri nağıl qəhrəmanlarının personajları, şeirlər, mahnılar, rəqslər və səhnəciklər iştirakçılarda xoş əhval-ruhiyyə yaradıb.

Baxış sayı: 95908