XƏBƏRLƏR
MƏLUMAT
Binəqədi rayon MKS-nin 6 saylı filialına ekskursiya təşkil olunub
ÜMÜMİ XƏBƏRLƏR
02/05/2019 15:14

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi  Binəqədi rayon MKS-nin 6 saylı filialına ekskursiya təşkil olunub.

Ekskursiyada 182 saylı tam orta məktəbin I sinif şagirdləri, sinif rəhbəri və valideynlər  iştirak ediblər.

Kiçik yaşlı məktəblilər ilk növbədə “Nağıl otağı” və kitabxanada təşkil olunmuş kitab sərgisi ilə tanış olublar.

Filialın böyük kitabxanaçısı Rəxşəndə Həsənova “Nağıl otağı”nda məktəblilərə “İki dost və ayı”, “Göyərçin və qarışqa”, “Kəndli və şabalıd ağacı” adlı nağıllarını oxuyub.

Sonra kiçik yaşlı məktəblilər vətənə aid şeirlər söyləyiblər və mahnılar oxuyublar.

Sonda məktəblilər kitabxanaya üzv yazılıblar.

Baxış sayı: 6391