XƏBƏRLƏR
MƏLUMAT
Binəqədi rayon MKS-nin 1 saylı filialı Şuşanın işğalının 27-ci ildönümü ilə əlaqədar 248 saylı tam orta məktəbdə tədbir keçirib
ÜMÜMİ XƏBƏRLƏR
08/05/2019 14:32

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Binəqədi rayon MKS-nin 1 saylı filialı Şuşanın işğalının 27-ci ildönümü ilə əlaqədar 248 saylı tam orta məktəbdə tədbir keçirib.

Tədbir Azərbaycan Respublikasının himni ilə açıq elan edilib. Şagirdlər Qarabağın Şuşa qalası barəsində maraqlı məlumatlar verib, şeirlər söyləyiblər.

Tədbirdə 248 saylı tam orta məktəbin müəllimi Leyla Kərimova, ingilis dili müəllimi Samirə Həsənova və VI sinif şagirdləri iştirak ediblər.

 

Baxış sayı: 47845