XƏBƏRLƏR
MƏLUMAT
Binəqədi rayon MKS-nin 6 saylı filialı "Milli-mənəvi dəyərlərimizin təbliğatçısı" başlığı altında söhbət keçirib
ÜMÜMİ XƏBƏRLƏR
10/05/2019 15:06

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Binəqədi rayon MKS-nin 6 saylı filialı ümummilli lider Heydər Əliyevin anadan olmasının 96 illik yubileyilə əlaqədar "Milli-mənəvi dəyərlərimizin təbliğatçısı" başlığı altında söhbət keçirib.

Filial müdiri Mərziyə Hüseynli ulu öndərimizin memarı və qurucusu olduğu Azərbaycan Respublikasının müstəqilliyinin qorunub saxlanılmasındakı misilsiz xidmətlərindən danışıb, onun uşaqlara qayğısındansöhbət açıb.

Tədbirin bədii hissəsində 182 saylı tam orta məktəbin şagirdləri dahi şəxsiyyət Heydər Əliyevə həsr olunmuş şeirlər söyləyiblər.

Sonda mövzu ilə əlaqədar tərtib edilmiş sərgiyə baxış keçirilib.

 

Baxış sayı: 89197