XƏBƏRLƏR
MƏLUMAT
Binəqədi rayon MKS-nin 1 saylı filialı "İlyas Əfəndiyev-105" başlığı altında biblioqrafik icmal keçirib
ÜMÜMİ XƏBƏRLƏR
24/05/2019 11:45

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Binəqədi rayon MKS-nin 1 saylı filialı "İlyas Əfəndiyev-105" başlığı altında biblioqrafik icmal keçirib.

İcmalda 248 saylı tam orta məktəbin kitabxana müdiri Həziyeva Zülfiyyə və VIII sinif şagirdləri iştirak ediblər.

İlk olaraq filialın böyük kitabxanaçısı Nailə İsmayılova şagirdlərə Azərbaycan ədəbiyyatının nümayəndələrindən biri,nasir,dramaturq, incəsənət xadimi,Azərbaycan xalq yazıçısı İlyas Əfəndiyevin fəaliyyəti və anadan olmasının 105 illiyi ilə əlaqədar məlumat verib. Sonra dramaturqun "Atayevlər ailəsi" pyesi haqqında danışıb, uşaqları maraqlandıran suallara cavab verilib.

Sonda sərgiyə baxış keçirilib.

Baxış sayı: 30164