XƏBƏRLƏR
MƏLUMAT
Binəqədi rayon MKS-nin 1 saylı filialı "9 May - Qələbə Günü" başlığı altında tədbir keçirib
ÜMÜMİ XƏBƏRLƏR
10/05/2019 13:30

 Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Binəqədi rayon MKS-nin 1 saylı filialı "9 May - Qələbə Günü" başlığı altında tədbir keçirib.

Kitabxananın əməkdaşları və veteran oxucuları Sultan Vəliyev, Bəhman Mirzəliyev, Həsən Abışov və Qurban Suleymanzadə ilə birgə Sovet İttifaqi qəhrəmanı Həbibulla Eynulla oğlu Hüseynovun heykəli önünə çiçək dəstələri qoyulub, Qəhrəman haqqında çıxışlar edilib.

Tədbirdə həmçinin Alman faşizmi üzərində qələbənin əldə olunmasında Azərbaycan xalqının misilsiz xidmətlər göstərdiyi şagirdlərin diqqətinə çatdırılıb, azərbaycanlıların ön və arxa cəbhədə göstərdiyi qəhrəmanlıq və şücaətlərdən söhbət açııb.

Baxış sayı: 3610