XƏBƏRLƏR
MƏLUMAT
Binəqədi rayon MKS-nin 1 saylı filialı "28 May-Respublika Günü" adlı söhbət keçirib
ÜMÜMİ XƏBƏRLƏR
27/05/2019 10:02

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Binəqədi rayon MKS-nin 1 saylı filialı "28 May-Respublika Günü" adlı söhbət keçirib.

Söhbətdə 248 saylı tam orta məktəbin VII və VIII sinif şagirdləri iştirak ediblər. Filialın müdiri Esmira Əliyeva çıxış edərək bildirib ki, 1918-ci ildə müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı gündür. 1990-cı ildən Respublika günü dövlət bayramı kimi qeyd edilir.

Sonra məktəbin şagirdləri Azərbaycan haqqında şeirlər söyləyib və mövzu ilə əlaqədar tərtib edilmiş sərgiyə baxış keçirilib.

Baxış sayı: 96123