XƏBƏRLƏR
MƏLUMAT
Binəqədi rayon MKS-nin 1 saylı filialı “15 May - Beynəlxalq Ailə Günü” başlığı altında söhbət keçirib
ÜMÜMİ XƏBƏRLƏR
16/05/2019 14:03

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Binəqədi rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 1 saylı filialı “15 May - Beynəlxalq Ailə Günü” başlığı altında söhbət keçirib. 

Söhbətdə 135 saylı tam orta məktəbin şagirdləri və kitabxananın fəal oxucuları öz uşaqları ilə birgə iştirak ediblər. Tədbirdə “Ailə olmaq nə deməkdir”, “Ailənin mehriban olması üçün nə etmək lazımdır” mövzularında çıxışlar dinlənilib.

Sonda tədbir iştirakçıları mövzu ilə əlaqədar tərtib edilmiş sərgi ilə tanış olub.

Baxış sayı: 20673