XƏBƏRLƏR
MƏLUMAT
Binəqədi Mərkəzi Mədəniyyət Evində "Dərs" adlı film təqdim edilib
ÜMÜMİ XƏBƏRLƏR
31/05/2019 09:53

Mayın 27-29-da Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Binəqədi Mərkəzi Mədəniyyət Evində"Dərs" adlı film təqdim edilib.

Film Mədəniyyət Nazirliyinin təşəbbüsü, Baş İdarənin təşkilatçılığı ilə nümayiş olunub.

Tədbirdə Binəqədi qəsəbəsində yerləşən 182, 205 və 1 saylı Zəngilan rayon tam orta məktəbin şagird və müəllim kollektivi iştirak edib.

Mədəniyyət evinin direktoru Şahin Səmədov tədbiri açıq elan edərək, məktəbliləri salamlayıb və film barədə qısa məlumat verib.

Sonda şagirdlər arasında mövzu ilə bağlı diskussiya keçirilib.

Film iştirakçılar tərəfindən maraqla qarşılanıb.

 

Baxış sayı: 61607