XƏBƏRLƏR
MƏLUMAT
Binəqədi Mərkəzi Mədəniyyət evində 15 İyun-Milli Qurtuluş Gününə həsr olunmuş dəyirmi masa keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
16/06/2022 05:16

İyunun 14-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Binəqədi Mərkəzi Mədəniyyət evində 15 İyun-Milli Qurtuluş Gününə həsr olunmuş dəyirmi masa keçirilib.

İlk öncə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra Mədəniyyət evinin direktoru Şahin Səmədov çıxış edərək, bu günün yaranma tarixindən və ümummilli lider Heydər Əliyevin əvəzolunmaz xidmətlərindən bəhs edib.

Dəyirmi masada bədii rəhbər Aygün Mustafayeva və Mədəniyyət evinin kollektivinin digər üzvləri də Milli Qurtuluş Günü haqqında çıxış ediblər.

Baxış sayı: 246