XƏBƏRLƏR
MƏLUMAT
Binəqədi Mərkəzi Mədəniyyət evi ümumilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş bayram konserti keçirib
ÜMÜMİ XƏBƏRLƏR
13/05/2019 08:20

Mayın 10-da Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Binəqədi Mərkəzi Mədəniyyət evinin təşkilatçılığı ilə Binəqədi rayonunda yerləşən "N" saylı hərbi hissədə ümumilli Lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş bayram konserti təşkil olunub.

Tədbiri giriş sözü ilə Mədəniyyət evinin direktoru Şahin Səmədov açıq elan edərək, əsgər və zabit heyətini salamlayıb və Ümummilli lider Heydər Əliyevin həyatı və siyasi fəaliyyəti barədə məlumat verib.

Konsertdə müğənnilərdən Ruslan Zülfüqarov, Sübhan Aşurov, Tural Mehrinin ifasında bir-birindən gözəl mahnılar səsləndirilib. 

Baxış sayı: 56430