XƏBƏRLƏR
MƏLUMAT
Binə Mədəniyyət Mərkəzində konsert keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
08/05/2019 14:48

Mayın 7-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin  Binə Mədəniyyət Mərkəzində 1941-1945-ci illər II Dünya müharibəsində qələbənin 74-cü ildönümünə həsr olunmuş konsert keçirilib.

Konsertdə Mərkəzin bədii kollektivləri uğurla çıxış edib. Onlardan Mərkəzdə fəaliyyət göstərən “Odlar yurdu” oğlanlardan və qızlardan ibarət rəqs kollektivləri, “Bədii qiraət” dərnəyinin üzvləri, gimnastika, karate və “Dram” dərnəklərinin üzvləri, müğənni Esmira İsmayılqızı uğurla çıxış ediblər.

İfa olunan mahnılar, rəqslər, qələbəni əks etdirən şeirlər və veteranlarımıza həsr olunmuş səhnəcik tamaşaçıların rəğbətini qazanıb.

Baxış sayı: 78743