XƏBƏRLƏR
MƏLUMAT
Bilgəh qəsəbə Mədəniyyət evi “9 May - Faşizm Üzərində Qələbə Günü” münasibətilə tədbir keçirib
ÜMÜMİ XƏBƏRLƏR
08/05/2019 13:35

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Bilgəh qəsəbə Mədəniyyət evi “9 May - Faşizm Üzərində Qələbə Günü” münasibətilə tədbir keçirib.

Tədbirdən əvvəl  Mədəniyyət evinin kollektivi Bilgəh qəsəbəsində yerləşən, Böyük Vətən Müharibəsi qəhrəmanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət ediblər.

Tədbir zamanı İkinci Dünya müharibəsi illərində Azərbaycan xalqının həm ön, həm də arxa cəbhədə göstərdiyi böyük qəhrəmanlıq və igidlikləri barədə danışılıb.

 

Baxış sayı: 42807