XƏBƏRLƏR
MƏLUMAT
Bibiheybət qəsəbə Mədiyyət evi "Uşaqlar bizim gələcəyimizdir" adlı tədbir keçirib
ÜMÜMİ XƏBƏRLƏR
04/06/2019 08:58

İyunun 1-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Bibiheybət qəsəbə Mədiyyət evində Uşaqların Beynəlxalq müdafiəsi günü ilə əlaqədar "Uşaqlar bizim gələcəyimizdir" adlı tədbir keçirilib.

Öncə mədəniyyət evinin metodisti İ.Nəcəfova hər kəsi salamlayıb. Bu günün yaranması haqqında ətraflı məlumat verib.

Uşaqlar onlar üçün hazırlanmış şirniyyat masasına dəvət ediliblər. Uşaqlar üçün əyləncəli viktorinalar, maraqlı oyunlar keçirilib. Karaokelər oxuyublar, rəqs ediblər. Tədbirdə qəsəbə sakinləri, məktəb şagirdləri, uşaqlar tamaşaçı qismində iştirak ediblər. Uşaqlar bu tədbirdən böyük zövq alıblar.

Baxış sayı: 18645