XƏBƏRLƏR
MƏLUMAT
Bəstəkarlar İttifaqında musiqişünas-alim Ramiz Zöhrabovun xatirəsi anılacaq
ÜMÜMİ XƏBƏRLƏR
20/05/2019 15:51

Mayın 22-də Azərbaycan Bəstəkarlar İttifaqında görkəmli musiqişünas-alim, Xalq artisti Ramiz Zöhrabovun anadan olmasının 80 illiyinə həsr olunmuş elmi konfrans keçiriləcək.

Bu barədə AZƏRTAC-a Bəstəkarlar İttifaqının mətbuat xidmətindən məlumat verilib.

Tədbirdə həmçinin musiqişünas alimin kitabının təqdimatı da təşkil olunacaq və yaradıcılığına nəzər salınacaq.

Baxış sayı: 65175