Balaxanı qəsəbə Mədəniyyət evində " Ulu bir sərkərdə, ulu bir öndər " adlı tədbir keçirilib

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Balaxanı qəsəbə Mədəniyyət evində ulu öndərimiz Heydər Əliyevin 96 illik yubileyinə həsr olunmuş "Ulu bir sərkərdə, ulu bir öndər" adlı tədbir keçirilib.

MKS-nin 11 saylı filialının rəhbəri və işçiləri, mədəniyyət evinin dərnək üzvləri, valideynlər iştirak ediblər

Tədbiri mədəniyyət evinin direktoru Ramin Məmmədov açıq elan edərək gələn qonaqları salamlayıb

Sonra aparıcılar ulu öndər Heydər Əliyevin həyat yolu haqqında tamaşaçılara ətraflı məlumat veriblər

 Daha sonra Poeziya teatrının üzvləri ulu öndərə həsr olunmuş şeirlər söyləyiblər, Mədəniyyət evinin nəzdində fəaliyyət göstərən "Dərya " rəqs qrupunun uzvləri "Uzundərə", "Qaval" və "Ritmik" musiqi sədaları altında rəqslər ediblər.

Fortepiano kursunun üzvləri Cahangir Cahangirovun əsərlərindən musiqilər ifa ediblər.