XƏBƏRLƏR
MƏLUMAT
Bakıda ilk dəfə incəsənət əsərlərinin auksionu keçiriləcək
ÜMÜMİ XƏBƏRLƏR
20/05/2019 10:08

Mayın 21-də “Hilton Baku” otelində ilk dəfə olaraq incəsənət əsərlərinin auksionu keçiriləcək.

AZƏRTAC xəbər verir ki, auksion Mədəniyyət Nazirliyi, Dövlət Rəsm Qalereyası və “Auction Baku” MMC-nin birgə təşkilatçılığı ilə reallaşacaq.

Auksion respublikada mədəniyyət və incəsənət sahəsində biznes münasibətlərini yaratmaq, alıcı və satıcılar arasında əlaqə qurmaq, art biznes sahəsində rəqabət qabiliyyətliliyini gücləndirmək məqsədi daşıyır.

Məşhur rəssamlar Böyükağa Mirzəzadə, Maral Rəhmanzadə, Gennadi Brijatyuk, Zakir Hüseynov, Tofiq Cavadov, İlham Mirzəyev, Mirazər Abdullayev, Mahmud Rüstəmov, Aslan Rüstəmovun əsərləri və “İnqermandland” adlı I Pyotr dövrünə aid döyüş gəmisinin maketi auksiona çıxarılacaq.

Əsərləri almaq və qiymətləri ilə tanış olmaq üçün[email protected]  elektron ünvanına müraciət etmək olar.

Baxış sayı: 8727