XƏBƏRLƏR
MƏLUMAT
Bakıda Avropa Tolerantlığı Festivalı davam edir
ÜMÜMİ XƏBƏRLƏR
14/05/2019 08:33

Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin dəstəyi ilə mayın 1-dən 15-dək Bakıda “Imagine” Avropa Tolerantlığı Festivalı keçirilir.

AZƏRTAC xəbər verir ki, Argentinanın ölkəmizdəki təşkilati dəstəyi ilə mayın 13-də “Ganjlik Mall Cinema Plus”da "50 Chuseok" filmi nümayiş etdirilib. Argentinadakı Koreya icmasının 50 illiyinə həsr olunmuş sənədli filmdə koreyalıların məişətindən və mədəniyyətindən söhbət açılır.

Filmin rejissoru Tameye Qarateqaydır. Baş rollarda Çanq Sunq Kim və Xuan Palominu çəkiliblər.

Film böyük maraqla qarşılanıb.

 

Baxış sayı: 69584