XƏBƏRLƏR
MƏLUMAT
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı “9 May - Qələbə Günü”nə həsr olunmuş konsert keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
13/05/2019 08:44

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə “N” saylı hərbi hissədə “9 May - Qələbə Günü” münasibətilə  konsert keçirilib.

Tədbiri giriş sözü ilə açan aparıcı Hədiyyə Əliyeva şəxsi heyəti və gələn qonaqları salamlayıb, hər kəsi bayram münasibətilə təbrik edib.

Əsgərlər qarşısında çıxış edən əməkdar artist Səlim Abbasov, müğənnilər Leyla Ramazanlı, Nuray Rəhman, Rəşid Qarayev, Tafur, parodiyaçi Ramil, Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Zığ qəsəbə Mədəniyyət evinin «Köhnə Bakı» rəqs ansamblı maraqlı ifaları, gözəl rəqs nömrələri ilə əsl bayram əhval-ruhiyyəsi yaradıblar.

Çıxış edən hərbi hissənin komandiri polkovnik-leytenant Elnur Rüstəmov təşkilatçılara təşəkkür edib.

Sonda konsertdə çıxış edən qonaqlar Fəxri Fərmanlarla təltif olunub.

 

Baxış sayı: 90157