XƏBƏRLƏR
MƏLUMAT
Bakı Fotoqrafiya Evində 19 müəllifin əl işlərindən ibarət sərgi açılıb
ÜMÜMİ XƏBƏRLƏR
23/05/2019 10:26

Bakı Fotoqrafiya Evində “Adlar” isimli yeni sərginin açılış mərasimi olub.

“İçərişəhər”DövlətTarix-MemarlıqQoruğuİdarəsindənAZƏRTAC-abildirilib ki, sərgidə Azərbaycan fotoqrafiya sənətində iz qoyan 19 müəllifin əl işləri təqdim edilib.

Açılış mərasimində sərginin kuratoru, fotoqraf Sənan Ələsgərov çıxış edərək fotoqrafiyanın həyat hadisələrini əks etdirməsi baxımından əhəmiyyətini qeyd edib. Bildirilib ki, sərgidə əsərləri nümayiş olunan rəssamlar peşəkar və həvəskarlardır. Onlar öz hiss və düşüncələrini - sevinc və kədəri, məyusluq və sevgini, ətraf mühitə qarşı münasibəti fotoqrafiya vasitəsilə əks etdiriblər.

Qeyd olunub ki, sərgi avqust 21-dək davam edəcək.

Baxış sayı: 87795