XƏBƏRLƏR
MƏLUMAT
Badamdar qəsəbə Mədəniyyət evi "Xalq Heydər söyləyəcək" adlı tədbir keçirib
ÜMÜMİ XƏBƏRLƏR
06/05/2019 08:43

Mayın 4-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Badamdar qəsəbə Mədəniyyət evi tərəfindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Mühafizə Alayında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş "Xalq Heydər söyləyəcək" adlı tədbir keçirilib.

   Aparıcı Səbinə Ağarzayeva Heydər Əliyevin rəhbərlik etdiyi dövr ərzində daim tərəqqi üçün çalışdığı, zəngin mədəniyyəti, böyük tarixi keçmişi, xalqın ictimai-siyasi, iqtisadi və mədəni həyatının bütün sahələrində dirçəlişin məhz onun adı ilə əlaqədar olduğundan tədbir iştirakçılarına məlumat verib.

   Bədii hissədə Badamdar qəsəbə Mədəniyyət evinin "Bakı” ritm qrupunun rəqsləri, müğənnilər Çinarə Bəkirova, Rəhman Mirzəzadə, Tafur, Rəhman İsazadə, Namiq Xəlilov, Nigar Süleymanova, Maqa Cavadov, Nihat Məlik, "AS" qrupu və "İnci" qrupunun ifalarındakı mahnılar tədbirə rəng qatıb.

   Sonda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Mühafizə Alayının komandanlığı tərəfindən Badamdar qəsəbə Mədəniyyət evinin kollektivi, rəqs qrupu və digər tədbir iştirakçılarına Fəxri fərmanlar təqdim edilib.

 

Baxış sayı: 62564