XƏBƏRLƏR
MƏLUMAT
Badamdar qəsəbə Mədəniyyət evi Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş tədbir keçirib
ÜMÜMİ XƏBƏRLƏR
13/05/2019 09:30

Mayın 10-da Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Badamdar qəsəbə Mədəniyyət evi Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunlarının Baş Qərargahında ümummilli lider, türk dünyasının böyük oğlu Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə və hərbi hissənin əsgərlərinin andiçmə mərasiminə həsr olunmuş tədbir keçirib. 

Aparıcı Səbinə Ağarzayeva Heydər Əliyevin ömrünün 50 ildən çoxunu Azərbaycan xalqının, Azərbaycan dövlət və dövlətçiliyinin taleyi ilə sıx bağlamasından, həyatımızın bütün sahələrində misli görünməyən işlər görməsindən, mühüm nailiyyətlər qazanmasından tədbir iştirakçılarına məlumat verib.

Bədii hissədə müğənnilər Rəhman Mirzəzadə, Tafur, Aynur Əliyeva, Namiq Xəlilov, Orxan İsazadə, Şəbnəm Mütəllimzadə və "AS" qrupunun ifalarındakı musiqilər tədbirə rəng qatdı.

Sonda tədbir iştirakçıları Baş Qərargah tərəfindən Fəxri fərmanla təltif edilib.

 

Baxış sayı: 9618