XƏBƏRLƏR
MƏLUMAT
Badamdar qəsəbə Mədəniyyət evi "45-ci ilin 9 May günü" adlı tədbir keçirib
ÜMÜMİ XƏBƏRLƏR
06/05/2019 08:55

Mayın 3-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Badamdar qəsəbə Mədəniyyət evi  Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunlarının Baş Qərargahında 9 May - Faşizm üzərində qələbənin 74 -cü ildönümünə həsr olunmuş "45-ci ilin 9 May günü" adlı tədbir keçirib.

   Tədbirin aparıcısı Səbinə Ağarzayeva faşizm üzərində qələbənin qazanılmasında Azərbaycan xalqının da öz töhfəsini verməsi, 600 min həmvətənimizin ön cəbhəyə yollanaraq qəddar düşmənlə mərdliklə vuruşmaları haqqında iştirakçılara məlumat verib.

   Bədii hissədə müğənnilər Dana, Maqa Səfərov, Rəhman Mirzəzadə, Tafur, Namiq Xəlilov, Hüsniyyə Əliyeva, "İnci" qrupu və rəqqasə Səbinə İsmayılova musiqi nömrələri ilə tədbirə rəng qatıblar.

   Sonda tədbir iştirakçıları Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunlarının Baş Qərargahı tərəfindən Fəxri fərmanla təltif edilib.

 

Baxış sayı: 90855