XƏBƏRLƏR
MƏLUMAT
Azərbaycanın milli çörək növləri
ÜMÜMİ XƏBƏRLƏR
14/05/2019 08:26

Azərbaycanda min illər tarixi olduğu hesab edilən çörək əsrlərdən bəri bolluq və bərəkət rəmzi sayılır. 

Azərbaycanda çörəyin müxtəlif növləri bişirilir: yuxa, yayma, fətir, lavaş, səngək, xamralı, qalın, nazik, fəsəli, kətə, təndir çörəyi, xərək çörəyi, bəyimçörəyi, qoz çörəyi, badam çörəyi və sairə. Azərbaycanın hər bölgəsinin özünəməxsus çörək növü və bişirilmə üsulu mövcuddur. 

1 Lavaş çörəyi- Daha çoxNaxçıvan, Qubadlı və Zəngilanregionlarındaistifadə edilir.həttaburegionlardalavaş ehtiyat üçün 2-3 aylıqbişirilir, sonraqurudularaqdəsmalabükülürvə uzunmüddətsaxlanılır. Yeməkdən əvvəl qurudulmuş lavaşın üzünə azca su çilənir və dəsmala bükülərək bir müddət yumşalmağa qoyulur.

Lavaş çörək bişirmə ənənəsi 2016-cı ildə “Lavaş, Katırma, Jupka, Yufka – Nazik çörəyin hazırlanma və paylaşma mədəniyyəti" adı ilə UNESCO-nun “Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısı”na daxil edilmişdir.

  1. Səngək çörəyi-Bakı, Gəncə, Naxçıvan, Şamaxı və digər yerlərdə vaxtilə geniş yayılan çörək növlərindən biridir.Bu çörək növü xırda-xırda daşların üzərində, qırmızı kərpicdən hazırlanan kürələrdə bişirilir və əsasən bozbaş, piti kimi duru, yağlı yeməklər üçün nəzərdə tutulur. Onun əsas üstünlüyü 3-4 gün ərzində təzə qalması və rahat həzm olunmasıdır.
  2. .Ləzgi çörəyi-Ləzgi çörəyi görünüşünə görə günəşi xatırladır. Bu isə ləzgi xalqının mifologiyası ilə bağlıdır. Ləzgi çörəyinin özünün də müxtəlif növləri var. 

  3. .Xərək çörəyi- Bu çörək növü mayalı və mayasız xəmirdən qalın lavaş yayılıb üstü ləkələnməklə hazırlanır. Onu xərəyə qoymazdan əvvəl üzünün yaxşı qızarması üçün üzərinə yumurtalı su və yaxud ayran çəkilir. Xərək çörəyinin çoxlu üstünlükləri də var. Bu çörək ovulmur və 10-15 gün kif atmır. 

  4. .Şirin Çörək- Şirin çörək ən çox sevilən milli çörək növlərimizdəndir. Bəzən buna südçörəyi də deyirlər, çünki onun hazırlanmasında maye olaraq süddən istifadə edir. Çörəyə qatılan sarıkök ona həm gözəl rəng, həm də qeyri-adi dad verir. 

  5. .Təndir çörəyi -yerdə açılan və ətrafı palçıqla suvanmış bir çuxurun içində bişirilən çörək. Çörək təndirin üzərinə yapışdırılaraq bişirilir.

    Orta əsrlərdə Bakı əhalisinin məişətində ən çox yayılmış tikililər sırasına çörək bişirmək üçün nəzərdə tutulan təndirləri də aid etmək olar. İçərişəhərin müxtəlif yerlərində arxeoloji qazıntılar nəticəsində orta əsrlərdə Bakıda çörəkbişirmə üsulunu öyrənməyə imkan verən çoxlu sayda təndir aşkar edilmişdir. Azərbaycanda çörəkbişirmənin çox qədim tarixi vardı. Arxeoloji tədqiqatların nəticələri göstərir ki, Bakıdan aşkar edilmiş təndirlərin öyrənilməsi İçərişəhərin qaranlıq səhifələrinin işıqlandırılmasına kömək edəcəkdir. Təndir çörəyi hazırlamaq üçün müxtəlif ərzaqlardan istifadə edilir. Qədimdə xəmirin gəlməsi üçün acıtmadan (bir kündə xəmiri saxlayıb qıcqırtmaq), müasir dövrdə isə quru mayadan istifadə edilir.

    Hər zaman təhlükəsiz qidaya üstünlük verən milli mətbəximizin ənənəvi bişirmə üsullarının tətbiqi gələcək nəsillərin sağlamlığına zəmin yaradar. 

    Qeyd edək ki, dünyada ilk Çörək muzeyi Azərbaycanda Ağdamşəhərində inşa edilib. 25 noyabr 1983-cü ildə muzey ilk ziyarətçilərini qəbul edib. Muzeydə 2800-ə yaxın eksponat var idi.  Muzey Azərbaycan SSR tərəfindən mədəniyyət abidəsi kimi qorunub.Qarabağ müharibəsində erməni təcavüzkarlarının hücumları nəticəsində muzey tamamilə dağıdılıb və 1500-dək eksponat yanaraq məhv olub.

Baxış sayı: 83620