XƏBƏRLƏR
MƏLUMAT
Azərbaycan Tbilisidə keçiriləcək beynəlxalq kitab yarmarkasına dəvət olunub
ÜMÜMİ XƏBƏRLƏR
27/05/2019 09:44

Mayın 30-da Gürcüstan paytaxtı Tbilisidə XXI kitab festivalı keçiriləcək.

İyunun 2-dək davam edəcək beynəlxalq tədbirə Azərbaycan da dəvət olunub.

Tbilisidəki “Expo Georgia” sərgi salonunda keçiriləcək festival bu il fərqli olacaq. Belə ki, bu il kitabsevərlərə iki pavilyon xidmət göstərəcək. Birinci pavilyonda müxtəlif nəşriyyatlar, müxtəlif elmi, bədii nəşrlər, ikinci pavilyonda isə balacalar üçün nağıl, dastan və əyləncəli kitablar təqdim olunacaq.

1997-ci ildən keçirilən festivalda gürcü yazıçılarla yanaşı, xarici ölkələrin tanınmış ədiblərinin, elm xadimlərinin əsərləri nümayiş etdirilir.

Festival çərçivəsində kitab və digər nəşrlərin güzəştli şərtlərlə satışı da həyata keçiriləcək.

 

Baxış sayı: 76000