Mayın 26-da Avstriyanın Baden şəhərində Azərbaycan bəstəkarlarının əsərlərindən ibarət konsert təşkil olunub. Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən təşkil edilən konsert 28 May – Respublika Gününə həsr olunub.
AZƏRTAC xəbər verir ki, konsertdən əvvəl Baden şəhər Kurort Parkının rəhbərliyi adından qonaqlar salamlanıb. Qeyd edilib ki, 52 hektar ərazini əhatə edən kurort Avropada ən böyük istirahət parklarından biridir və 1792-ci ildən bəri təbiət, istirahət və mədəni tədbirlərin təşkili burada ön planda dayanır. Kurort ərazisindəki musiqi pavilyonunda hər il yaz-yay mövsümündə klassik konsertlər təşkil edilir və ənənəvi olaraq musiqisevərlər açıq səma altındakı bu konsertləri seyr etmək üçün müxtəlif yaşayış məntəqələrindən buraya üz tuturlar.
Həmçinin bildirilib ki, Baden Şəhər Bələdiyyəsinin Azərbaycan Mədəniyyət Mərkəzi ilə əməkdaşlığı nəticəsində parkda ilk dəfə Azərbaycan bəstəkarlarının əsərlərindən ibarət bahar konsertinin keçirilməsi qərarlaşdırılıb.
Konsertdə Əməkdar artist, “Qızıl çinar” beynəlxalq mükafatı laureatı Fuad İbrahimovun dirijorluğu ilə Vyana Kamera Orkestri Azərbaycan bəstəkarlarının əsərlərindən ibarət klassik konsert proqramı ilə çıxış edib. Konsertdə ölkəmizin görkəmli bəstəkarlarından Qara Qarayev, Fikrət Əmirov, Niyazi, Aqşin Əlizadə, Vaqif Mustafazadə, Müslüm Maqomayev və Fərhad Bədəlbəylinin əsərləri ifa olunub. Solistlər Mərziyyə Hüseynova (soprano), Lada Atlantova (soprano), Evert Sooster (bariton), Jalə Rəsulova (fortepiano) və Fərid Feyzullayevin (skripka) ifaları tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.
Konsertdən sonra Baden Şəhər Bələdiyyəsi adından Azərbaycan Mədəniyyət Mərkəzinin direktor Leyla Qasımovaya səmərəli əməkdaşlıq üçün təşəkkür edilib və əməkdaşlığın davam etdirilməsi arzusu ifadə olunub.
Park ərazisində qurulmuş guşədə Azərbaycan mədəniyyəti, tarixi, kulinariyası və turizm imkanlarına həsr olunmuş kitab və broşürlər təqdim edilib.
Qeyd edək ki, Vyanadan cəmi 25 km məsafədə yerləşən füsunkar Baden şəhəri bəstəkarların sevimli gəzinti və istirahət məkanı olub. Bethoven və Motsart kimi dahi bəstəkarlar bu şəhərdə yay tətillərini keçirib, ənənəvi olaraq burada klassik musiqiyə böyük diqqət göstərilib. Şəhər sakinləri, buradakı kurortda istirahətə gələnlər və şəhərin qonaqları yaz-yay mövsümündə açıq səma altında keçirilən klassik konsertləri diqqət mərkəzində saxlayırlar. Ənənəvi olaraq tələbkar dinləyici auditoriyası kimi tanınan Baden sakinləri konsert proqramından və ilk dəfə dinlədikləri klassik Azərbaycan musiqisindən böyük zövq alıblar.
- 17:49 T.Quliyev adına 12 nömrəli Onbirillik Musiqi Məktəbi növbəti konsert keçirib
- 17:01 Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
- 16:46 Milli Kitabxanada Tarixi Abidələrin Mühafizəsi Günü münasibətilə kitab sərgisi açılıb
- 16:42 Görkəmli şair Əli Tudənin 100 illiyi münasibətilə tədbir keçirilib
- 16:17 “Tariximizin mədəni yaddaşı” adlı tədbir keçirilib
- 15:45 Gənclər Kitabxanasında Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü ilə əlaqədar icmal hazırlanıb
- 15:22 18 Aprel-Beynəlxalq Abidələr Gününə həsr olunan tədbir keçirilib
- 14:36 Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
- 14:34 Bu gün Xalq artisti Şövkət Məmmədovanın anadan olmasının 127 ili tamam olur
- 11:21 İspaniyada Azərbaycan mədəniyyəti təbliğ olunacaq
- 11:04 Kitabxanada “Şəhidlər ölməz, Vətən bölünməz!” layihəsi davam edir
- 09:36 18 Aprel - Beynəlxalq Abidələr və Tarixi Yerlər Günüdür
- 09:33 Opera və Balet Teatrı İtaliyada milli klassik baletimizlə çıxış edəcək
- 09:30 Yeni Kaledoniya Konqresinin nümayəndə heyəti Heydər Əliyev Mərkəzində olub
- 09:29 Bakıda Rusiya kinosu günləri keçiriləcək
- 17:42 Bəstəkarlar İttifaqında Xalq artisti Süleyman Ələsgərovun 100 illiyi qeyd olunub
- 17:01 Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli tərəfindən İmişli şəhərində keçirilməsi nəzərdə tutulan vətəndaşların qəbulu tarixi dəyişdirilib
- 16:28 “Memarlıq tarixdir” adlı tədbir keçirilib
- 16:10 Bakıda “Disney”in məşhur animasiyalarının musiqi nömrələri səsləndiriləcək
- 15:02 Kuklaçılar bayramı başlayır
- 14:26 Niyazi adına 22 nömrəli Uşaq Musiqi Məktəbi "Ecazkar aləm" adlı konsert keçirib
- 14:02 Görkəmli bəstəkar Zülfüqar Hacıbəyovun məzarı ziyarət olunub
- 12:43 Milli Xalça Muzeyində Xalq rəssamı Aydın Rəcəbovun 80 illik yubileyinə həsr olunmuş sərgi açılacaq
- 12:16 Kitabxanın “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar layihələri davam edir
- 11:50 Milli Kitabxanada “Zülfüqar Hacıbəyov -140” adlı kitab sərgisi açılıb
- 11:48 Bu gün Xalq artisti Lütfiyar İmanovun anadan olmasının 96 ili tamam olur
- 11:42 Həmid Herisçi ilə görüş keçirilib
- 11:35 Bu gün görkəmli bəstəkar Zülfüqar Hacıbəyovun anadan olmasından 140 il ötür
- 11:30 Bakıda Beynəlxalq Caz Günü qeyd ediləcək
- 11:07 Muzey Mərkəzində kulturoloq Elmir Mirzəyevin mühazirəsi keçiriləcək
- 11:00 Muzey Mərkəzinin Sərgi Qalereyası Pərviz Abbasovun fərdi sərgisini təqdim edəcək
- 10:58 Şimali Kaliforniyada Azərbaycanın Xalq artisti Çingiz Sadıxovun 95 illik yubileyi qeyd olunub
- 10:40 Niyazinin Mənzil Muzeyində Zülfüqar Hacıbəyovun 140 illiyi qeyd olunub
- 15:19 Mərdəkan Mədəniyyət Sarayında Beynəlxalq Mədəniyyət Günü ilə əlaqədar “Açıq qapı” günü keçirilib
- 14:04 “Gilavar Foto Klubu” beynəlxalq mükafatlara layiq görülüb
- 12:34 Milli Kitabxanada “Xalq artisti Ramiz Mirişli” adlı kitab sərgisi açılıb
- 11:18 Gənclər Kitabxanasında Ramiz Mirişliyə həsr olunan sərgi hazırlanıb
- 10:13 “Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
- 09:54 Kitabxanada 15 aprel - Beynəlxalq Mədəniyyət Gününə həsr olunmuş dəyirmi masa keçirilib
- 09:30 Bu gün Xalq artisti Ramiz Mirişlinin anadan olmasının 90 ili tamam olur
- 09:27 Beynəlxalq Muğam Mərkəzində “Humayla” adlı ilk solo konsert təqdim olunacaq
- 09:26 Praqada azərbaycanlı müəllifin əsərinin premyerası keçirilib
- 15:53 “Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
- 14:58 “Düyməcik” yenidən Kukla Teatrının səhnəsində
- 14:52 Bakıda “Naxçıvan fotolarda” adlı fotosərgi açılıb
- 11:33 “Məlumat lövhələrinin dizaynının hazırlanması müsabiqəsi” elan olunur
- 10:16 Bu gün akademik Zərifə Əliyevanın anım günüdür
- 09:47 Bu gün Beynəlxalq Mədəniyyət Günüdür
- 09:41 Şuşa Teatrında “Bəla” tamaşasının premyerası olacaq
- 23:08 Şəhid və qazi ailələrinin övladları üçün bayram süfrəsi açılıb
- 16:45 Ramazan bayramı münasibətilə bayram tədbiri keçirilib
- 16:22 Qaradağ rayon Heydər Əliyev Mərkəzinə ekskursiya təşkil olunub
- 15:57 Kitabxanaya “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar yeni şeirlər təqdim edilib
- 14:54 Xalq artisti Azər Paşa Nemətovun məzarı ziyarət olunub
- 14:19 İçərişəhərdə Mak’TAB məzunlarının təltifetmə mərasimi keçirilib
- 12:17 Bu gün aktyor Ceyhun Mirzəyevin doğum günüdür
- 12:15 Musiqi, incəsənət, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinə direktorların və tədris işləri üzrə direktor müavinlərinin işə qəbulu və yerdəyişməsi üzrə müsabiqə və müsahibələr keçiriləcək
- 12:10 Kitabxanaya “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar nağıl təqdim edilib
- 11:37 Musiqi, incəsənət, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinə müəllimlərin işə qəbulu və yerdəyişməsi üzrə müsabiqə və müsahibələr keçiriləcək
- 10:46 “Bir ovuc təbəssüm” adlı bayram tədbiri keçirilib