XƏBƏRLƏR
MƏLUMAT
"Adın şərəflidir sənin ey qadın, şəhid anası çağırılır adın" adlı videoçarx hazırlanıb
ÜMÜMİ XƏBƏRLƏR
09/03/2021 02:37

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Kürdəxanı qəsəbə Mədəniyyət evi 8 Mart - Beynəlxalq Qadınlar Gününü bu il məhz şəhid analarına, şəhid bacılarına həsr edib.

Mədəniyyət evi Vətən Müharibəsində şəhid olmuş Məhəmməd Niman oğlu Səmədovun ailəsini ziyarət edərək hazırladığı "Adın şərəflidir sənin ey qadın, şəhid anası çağırılır adın" adlı videoçarxı onun valideyni - Gülçöhrə anaya həsr edib.

Şəhid anası Məhəmmədin uşaqlığından, məktəb həyatından danışıb. Çox çətin idi ana üçün danışmaq, bizim üçün dinləmək. Ailədə iki qardaş idilər. Məhəmməd və Bəylər. 20 yaşı hələ tamam olmamışdı Məhəmmədin. Atası öz oğlu ilə qürur duyduğunu söyləyib. Onlar hələ də Məhəmmədin yoxluğuna inanmırlar.

Niman bəy:

"Mən oğlumun həqiqətən də igidliyini, döyüşdüyünü əsgər yoldaşları siz oğlunuzla fəxr edə bilərsiz" deyəndə bildim. "Şəhidlik zirvəsinə öz şücaəti ilə, döyüşü ilə ucalıb".

Sonda şəhidin anası Gülçöhrə xanım Mədəniyyət evinə Məhəmməd Səmədova həsr olunmuş şeiri təqdim edib.

Mövzu ilə bağlı videoçarxa aşağıdakı keçidlərdən baxa bilərsiniz:

https://m.facebook.com/story.php?story_fbid=499557014763387&id=100041272773401 

https://www.instagram.com/tv/CMF5ctbJaXC/?igshid=16ulfhuudm57f 

Baxış sayı: 261