XƏBƏRLƏR
MƏLUMAT
A.M.Şərifzadə adına Mədəniyyət Mərkəzində “Yaşa, var ol , Azərbaycan” adlı tədbir keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
29/05/2019 16:32

Mayın  27-də  Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin A.M.Şərifzadə adına Mədəniyyət Mərkəzində “28 May - Respublika Günü” ilə əlaqədar “Yaşa, var ol, Azərbaycan” adlı tədbir keçirilib.

“Şəms” rəqs kollektivinin, “Xudafərin” xalq instrumental kollektivinin, “Nur” muğam üçlüyünün, “Arzu” xalq çalğı alətləri ansamblının çıxışları tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

Tədbirdə həmçinin, vətənpərvərlik mövzusunda mahnılar səsləndirilib.

Baxış sayı: 30797