XƏBƏRLƏR
MƏLUMAT
A.M.Şərifzadə adına Mədəniyyət Mərkəzində “Qurtuluş günü” nə həsr olunmuş tədbir keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
14/06/2019 15:07

İyunun 14-də A.M.Şərifzadə adına Mədəniyyət Mərkəzində “Qurtuluş günü” nə həsr olunmuş tədbir keçirilib. Tədbiri giriş sözü ilə Mərkəzin direktoru Ziyavər Əhmədova açaraq bildirib ki, tariximizə Milli Qurtuluş Günü kimi daxil olmuş 15 iyun sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür. Ümummilli liderimiz Heydər Əliyevin 1993-cü il iyunun 15-də yenidən hakimiyyətə qayıtması xalqımızın çoxəsrlik tarixinə taleyüklü möhtəşəm siyasi hadisə kimi daxil olub.

Sonra bədii rəhbər Günay Məmmədzadə, metodist Rəisə Sadıqova Ümummilli liderin keçdiyi həyat yolu haqqında geniş məlumat veriblər.

Tədbir zamanı vətənpərvərlik mövzusunda mahnılar səsləndirilib.

Baxış sayı: 98183