XƏBƏRLƏR
MƏLUMAT
" 9 may Qələbə Günü " münasibətilə anım mərasimi keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
10/05/2019 13:43

Mayın  9-da  Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Mərdəkan Mədəniyyət Sarayı Xəzər rayon İcra Hakimiyyətinin təşkilatçılığı Şüvəlan qəsəbəsində 1941-1945 Böyük Vətən müharibəsi iştirakçılarının xatirəsinə salınmış parkda  "9 may Qələbə Günü" münasibətilə anım mərasimi keçirilib. 

Tədbirdə Xəzər Rayon İcra Hakimiyyətinin başçısı E. Salahov, YAP Xəzər rayon Təşkilatının sədri N. Əhmədov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xəzər rayon İdarəsinin rəisi N. Qurbanov, Xəzər rayon Ziyalılar Cəmiyyətinin sədri T. Səlimov, Şəhid ailələri və Qarabağ əlilləri İctimai Birliyinin Xəzər rayon Şöbəsinin sədri S. Əliyev, Müharibə Veteranları Şurasının sədri N. İbrahimov çıxış edərək 9 may qələbə günü münasibətilə veteranları və tədbir iştirakçılarını təbrik ediblər. 

Tədbirin sonunda 1941-1945 -ci illər müharibəsində həlak olanların xatirəsinə ucaldılmış abidənin önünə əklil və gül dəstələri qoyulub. 

Baxış sayı: 97141