XƏBƏRLƏR
MƏLUMAT
9 May Faşizm üzərində qələbəyə həsr olunmuş tədbir keçirib
ÜMÜMİ XƏBƏRLƏR
10/05/2019 09:51

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Hövsan Mədəniyyət Sarayı  , M.A.Əliyev adına Mədəniyyət evi, Suraxanı MKS-nin 4 saylı filialı birgə 9 May Faşizm üzərində qələbəyə həsr olunmuş tədbir keçiriblər. 

Tədbir Hövsan qəsəbəsində yeləşən 1941-1945 müharibə iştirakçılarına həsr olunmuş abidənin qarşısında baş tutub.

Müharibədə həlak olmuş həmvətənlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib,  sonra tədbir iştirakçılarına Böyük Vətən müharibəsi haqqında ətraflı məlumat verilib.

Sonda qəhrəmanlarımıza həsr olunmuş şeirlər söylənilib. 

Baxış sayı: 60922