XƏBƏRLƏR
MƏLUMAT
9 May – faşizm üzərində Qələbənin 74-cü ildönümü münasibətilə veteranlarla görüş keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
10/05/2019 13:55

Mayın 9-da Suraxanı rayon İcra Hakimiyyətinin və Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Zığ qəsəbə Mədəniyyət evinin birgə təşkilatçılığı ilə Qaraçuxur qəsəbəsində yerləşən “Aura” şadlıq sarayında 9 May – faşizm üzərində Qələbənin 74-cü ildönümü münasibətilə veteranlarla görüş keçirilib.

Tədbiri Q. Abbasov adına Mədəniyyət Sarayının bədii rəhbəri Bəhiyyə Nağıyeva açaraq qonaqları salamlayıb.

Sonra Suraxanı rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov və YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov çıxış edərək bayram münasibətilə hər kəsi təbrik ediblər.

Veteranlara göstərilən diqqət və qayğının ildən ilə artdığını nəzərə çatdıran icra başçısı dövlət qayğısının bundan sonra da davam edəcəyini vurğulayıb.

Tədbir bayram konserti ilə davam edib. Çıxış edən gənc müğənnilər Tafur, Etibar Alıyev, Lamiyə Nərimansoy, Rəşid Qarayev,”Köhnə Bakı” rəqs ansamblı bir-birindən maraqlı ifalarla tədbiri daha da rəngarəng ediblər.

Vətənpərvərlik ruhunda ifa olunan mahnılar və rəqs nömrələri alqışlarla qarşılanıb.

Sonda çıxış edən veteranlar onlara göstərilən diqqət və qayğıya görə dövlət başçısına təşəkkür edib, həmçinin belə gözəl bayram tədbiri hazırladıqları üçün təşkilatçılara minnətdarlıqlarını bildiriblər.

 

Baxış sayı: 10616