XƏBƏRLƏR
MƏLUMAT
5 nömrəli uşaq incəsənət məktəbində Nazim Əliverdibəyovun yaradıcılığına həsr olunmuş bədii gecə keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
16/05/2019 10:02

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin 5 nömrəli uşaq incəsənət məktəbində Nazim Əliverdibəyovun yaradıcılığına həsr olunmuş bədii gecə keçirilib.

Tədbirdə çıxış edən nəzəriyyə şöbəsinin müəllimi Məhəbbət Ələsgərova, bəstəkarın yaradıcılığı haqqında məlumat verib. O, bildirib ki,  görkəmli Azərbaycan bəstəkarı, folklorşünas, ictimai xadim Nazim Ağalar oğlu Əliverdibəyov dahi Üzeyir Hacıbəyovun şagirdi olub. N.Əliverdibəyov Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq fakültəsində görkəmli bəstəkar, professor Cövdət Hacıyevin sinfini bitirib. O “Cırtdan” uşaq operasının, “Nazxanım naz eliyir” operettasının, “Mingəçevir” simfonik poemasının, “Məktəblilər” kantatasının, “Muğan” musiqi-xoreoqrafik lövhəsinin müəllifidir.

Sonra bəstəkar haqqında video-çarx nümayiş olunub, məktəbin şagird və müəllimləri bəstəkarın musiqilərini ifa ediblər.

Sonda məktəbin nəzəriyyə şöbəsinin müdiri Zənfirə Bağırzadə bəstəkar haqqında öz xatirələrini bölüşüb.

 

Baxış sayı: 8825