XƏBƏRLƏR
MƏLUMAT
5 nömrəli uşaq incəsənət məktəbində "Ən yaxşı birinci" adlı I məktəbdaxili müsabiqəsinin qalibləri elan edilib
ÜMÜMİ XƏBƏRLƏR
16/05/2019 09:51

Mayın 10-da Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin 5 nömrəli uşaq incəsənət məktəbində keçirilmiş, ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş birinci siniflərin "Ən yaxşı birinci" adlı I məktəbdaxili müsabiqəsinin qalibləri münsiflər heyəti tərəfindən seçilib.

Skripka ixtisası üzrə Xədicə Qədirli, vokal ixtisası üzrə Dəniz Həsənli, qarmon ixtisası üzrə Səbuhi Atakişiyev diplomla təltif olunub. III yerin qalibləri qarmon ixtisası üzrə Ayan Qazaxova, fortepiano ixtisası üzrə Aysu Qazaxova, xanəndə ixtisası üzrə Muhəmməd Səfərəliyev, II yerin qalibləri tar ixtisası üzrə Nihad Ramazanov, fortepiano ixtisası üzrə Niyaz Qədirli, I yerin qalibi fortepiano ixtisası üzrə Bahar Hacızadə seçılıb. Şagirdlərə diplomlar təqdim olunduqdan sonra qala-konsert keçirilib. Sonda xatirə şəkilləri çəkilib.

Baxış sayı: 40323