5 nömrəli uşaq incəsənət məktəbi “28 May - Respublika Günü” ilə əlaqədar konsert keçirib

Mayın 27-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin 5 nömrəli uşaq incəsənət məktəbi “28 May Respublika Günü” ilə əlaqədar konsert keçirib.

Əvvəlcə  tədbirin aparıcısı Şəbnəm Əzimova iştirakçıları “28 May- Respublika Günü” münasibətilə təbrik edərək mövzu haqqında ətraflı məlumat verib.O, Şərqdə ilk demokratik dövlət quruluşunu yaratmış Azərbaycan Xalq Cümhuriyyətinin istiqlaliyyətimizi elan edərək xalqımızın müstəqillik əzmini nümayiş etdirdiyini söyləyib. 

Məktəbin fortepiano, ümumi fortepiano, xalq çalğı alətləri ixtisaslarının şagirdlərinin ifasında Azərbaycan və xarici bəstəkarların  əsərləri ifa olunub.

İstedadlı şagirdlərin ifasında M. Maqomayevin "Azərbaycan" mahnısının sədaları altında bayraq rənglərindən hazırlanmış kompozisiya təqdim edilib.