XƏBƏRLƏR
MƏLUMAT
4 nömrəli uşaq musiqi məktəbinin növbəti uğuru
ÜMÜMİ XƏBƏRLƏR
03/05/2019 13:07

Türkiyənin İstanbul şəhərində 23-cü "Türk Dünyası Çocuk Şöleni" keçirilib. Aprelin 26-dan 5 may tarixinədək davam edəcək festivalda bir çox türkdilli dövlətlər iştirak edir.

Azərbaycanla bərabər, festivalda Türkiyə, Özbəkistan, Türkmənistan, Qazaxıstan, Qırğızıstan, Əfqanıstan, Çuvaşıstan, Kərkük, İraq, Bulqar, Ahıska, Krım, Kosovo, yakut türkləri olan istedadlı uşaqların uğurlu çıxışları tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi 4 nömrəli uşaq musiqi məktəbinin şagirdi İsmayıl Məmmədov Festivalın müsabiqə proqramında II yerə layiq görülüb. O, ölkəmizə medal, kubok və diplomla qayıdır.

Baxış sayı: 20882