XƏBƏRLƏR
MƏLUMAT
4 nömrəli uşaq incəsənət məktəbinin şagirdləri “AZƏRBAYCANIM” II Respublika Uşaq Rəsm Fesivalında diplomlara layiq görülüblər
ÜMÜMİ XƏBƏRLƏR
23/05/2019 08:32

Mayın 20-də Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Təhsil Nazirliyinin 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi, Azərbaycan Televiziya və Radio Verlişləri Qapalı Səhimdar Cəmiyyəti, Xətai Rayon İcra Hakimiyyəti, Azərbaycan Rəssamlar İttifaqının dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə “Nəsimi ili” çərçivəsində “28 May-Respublika günü”nə həsr olunmuş rəssamlıq istedadına malik olan uşaqların yaradıcılığını və bədii zövqünü inkişaf etdirmək, uşaqlarda əhatə olunduqları mədəni mühitə münasibət formalaşdırmaq və ona yanaşma tərzinin təkmilləşdirmək, doğma el-obaya, Vətənə məhəbbət hisslərini aşılamaq məqsədi ilə elan olunmuş “AZƏRBAYCANIM” II Respublika Uşaq Rəsm Festivalı çərçivəsində təşkil olunmuş müsabiqənin yekun sərgisi baş tutub.

Müsabiqədə Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin 4 nömrəli uşaq incəsənət məktəbinin şagirdləri Zeynəbxanım Rəsulzadə, Zeynəb Məmmədova, Sevinc Abışova, Zəhra Əliyeva, Şükufə Həmzəyeva diplomla, Rifat Muradlı diplomla yanaşı, “Mövzu seçimi” nominasiyası üzrə fərqlənmə diplomuna layiq görülüb.

Həmçinin məktəb müsabiqədə uğurlu iştirakına görə “Təşəkkürnamə” ilə təltif olunub.

Baxış sayı: 81973