XƏBƏRLƏR
MƏLUMAT
4 nömrəli uşaq incəsənət məktəbində sinif konserti keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
27/05/2019 15:41

Mayın 27-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin 4 nömrəli uşaq incəsənət məktəbində “28 May - Respublika Günü“nə həsr edlmiş fortepiano şöbəsinin müəllimi Kəmalə Şeydayevanın sinif konserti keçirilib.

Konsertdə şagirdlər solo, müşayiət və ansambl ifası ilə çıxış ediblər. Azərbaycan və dünya bəstəkarlarının əsərlərindən təşkil edilmiş konsert proqramı maraqla qarşılanıb.

Tədbirin sonunda məktəbin direktoru Kəmalə Həşimova çıxış edərək bu günün önəmini vurğulayıb, müəllim və şagirdlərə uğurlar arzulayıb.

 

Baxış sayı: 87501