XƏBƏRLƏR
MƏLUMAT
4 nömrəli uşaq incəsənət məktəbində “Kiçik qəlblərin, böyük dünyası” adlı konsert keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
03/06/2019 10:16

İyunun 1-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin 4 nömrəli uşaq incəsənət məktəbində 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi gününə həsr olunmuş “Kiçik qəlblərin, böyük dünyası” adlı konsert keçirilib.

Konsertdə məktəbin birinci siniflərinin şagirdləri Azərbaycan və dünya bəstəkarlarının əsərlərini ifa ediblər.

Sonra rəsm sinfi şagirdlərinin məktəbin həyətində çəkdikləri rəsmlərə baxış keçirilib.

Tədbirin sonunda məktəbin direktoru Kəmalə Həşimova 2018/2019-cu tədris ili ərzində məktəbin qazandığı nailiyyətlərdən danışıb və uşaqlara uğurlar arzulayıb.

Baxış sayı: 15182