XƏBƏRLƏR
MƏLUMAT
4 nömrəli uşaq incəsənət məktəbi “Mənim Vətənim” adlı konsert proqramı ilə çıxış edib
ÜMÜMİ XƏBƏRLƏR
27/05/2019 08:37

Mayın 24-də Yeni Azərbaycan Partiyasının Xəzər rayon Təşkilatının təşəbbüsü ilə Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin 4 nömrəli uşaq incəsənət məktəbinin şagirdləri Bilgəh “Qocalar evi”ndə 28 May -  Respublika Gününə həsr edilmiş tədbirdə “Mənim Vətənim” adlı konsert proqramı ilə çıxış edib.

Tədbirdə YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, YAP Sabunçu rayon təşkilatının sədri Mehriban Abbasquliyeva, YAP Xəzər rayon təşkilatı Qadınlar Şurasının sədri Pərvanə Hacıyeva və Qadınlar Şurasının üzvləri, YAP Xəzər rayon təşkilatının sədr müavini Zeynəb Əliyeva, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin 4 nömrəli uşaq incəsənət məktəbinin direktoru Kəmalə Həşimova iştirak edib.

 

Baxış sayı: 29103