XƏBƏRLƏR
MƏLUMAT
4 nömrəli uşaq incəsənət məktəbi “Mən Azərbaycanlıyam” adlı hesabat konsertini təqdim edib
ÜMÜMİ XƏBƏRLƏR
13/05/2019 11:04

Mayın 11-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin 4 nömrəli uşaq incəsənət məktəbi Bakı şəhər Mədəniyyət Baş İdarəsi və Gəncə şəhər  Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr edilmiş “Mən Azərbaycanlıyam” adlı hesabat konsertini təqdim edib.

Tədbirdə Gəncə şəhər Regional Mədəniyyət İdarəsi, Gəncə şəhər incəsənət, musiqi məktəblərinin rəhbərliyi və kollektivi, Gəncə şəhər Nizami rayonu İcra Hakimiyyətinin nümayəndələri, şəhər sakinləri iştirak edib.

İlk olaraq 4 nömrəli uşaq incəsənət məktəbinin kollektivi ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, dahi liderə ehtiramlarını bildiriblər.

Konsertdə Azərbaycan xalqının dahi oğlu, qüdrətli dövlət xadimi və müdrik siyasətçi, müstəqil Azərbaycanın memarı Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.

Məktəb şagirdləri Azərbaycan və xarici bəstəkarların əsərlərindən təşkil olunmuş rəngarəng konsert proqramı ilə çıxış edib və tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb. 

Həmçinin Dahi Azərbaycan şairi Nizami Gəncəvinin məqbərəsinə təşkil edilmiş gəzinti şagird və müəllim kollektivinin xüsusi marağına səbəb olub.

Baxış sayı: 41130