XƏBƏRLƏR
MƏLUMAT
4 nömrəli uşaq incəsənət məktəbi bayram tədbirində çıxış edib
ÜMÜMİ XƏBƏRLƏR
10/05/2019 09:55

Mayın  9-da Xəzər rayonunda "9 May-Qələbə Günü" münasibətilə tədbir keçirilib.

Tədbirdə Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, YAP Xəzər Rayon Təşkilatının sədri Namik Əhmədov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xəzər rayon İdarəsinin rəisi Nasir Qurbanov, Xəzər rayon Ziyalılar Cəmiyyətinin sədri Təvəkkül Səlimov, Şəhid Ailələri və Qarabağ Əlilləri İctimai Birliyinin Xəzər rayon şöbəsinin sədri Səfa Əliyev, Müharibə Veteranları Şurasının sədri  Nüsrət İbrahimov, Böyük Vətən müharibəsinin iştirakçıları, arxa cəbhə veteranları,rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon ziyalıları və ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Tədbirdə Bakı Şəhər Mədəniyyət Baş İdarəsi 4 nömrəli uşaq incəsənət məktəbinin şagirdləri maraqlı və rəngarəng çıxışları ilə iştirakçıları təbrik edib.

Baxış sayı: 4634