XƏBƏRLƏR
MƏLUMAT
37nömrəli uşaq musiqi məktəbi 1 iyun Beynəlxalq Uşaq Gününə həsr olunmuş konsert və açıq dərslər keçirib
ÜMÜMİ XƏBƏRLƏR
03/06/2019 16:18

Mayın 30-da Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin 37nömrəli uşaq musiqi məktəbinin kollektivi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin 29 sentyabr 2009-cu il 415 nömrəli əmrinin 2,3 bəndini (uşaq musiqi,incəsənət məktəblərinin fəaliyyətinin səmərəliliyinin və keyfiyyətinin artırılmasını,məktəblər arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsi məqsədilə respublikanın bölgələrində Bakı şəhər uşaq musiqi və incəsənət məktəbləri kollektivlərinin və qabaqcıl müəllimlərin açıq dərslərinin keçirilməsinin təşkili) rəhbər tutaraq, Xızı rayon uşaq musiqi məktəbində 1 iyun Beynəlxalq Uşaq Gününə həsr olunmuş konsert  və məktəbin direktoru M.Babayev, fortepiano şöbəsinin müdiri  A.Qurbanova, kamança ixtisası üzrə müəllim K.Əhmədovanın açıq dərsləri keçirib.  

Şagirdlərin ifasında Azərbaycan və xarici bəstəkarların əsərləri, el havaları səslənib. Konsertin sonunda məktəbin direktoru M.Babayev Xızı rayon uşaq musiqi məktəbinin şagirdlərini və məktəb kollektivini təbrik edərək yaradıcılıq uğurları arzulayıb.

Tədbirdən sonra 37 nömrəli uşaq musiqi məktəbinin kollektivi "Azərbaycanımızı tanıyaq" mövzusunda unudulmaz şair M.Müşfiqin,unudulmaz dramaturq C.Cabbarlının ev muzeylərini və Xızının tarixi abidələrini ziyarət ediblər.

Baxış sayı: 22631