XƏBƏRLƏR
MƏLUMAT
36 nömrəli uşaq musiqi məktəbində nəzəri fənlər üzrə I məktəbdaxili bilik yarışması keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
27/05/2019 15:16

Mayın 26-da Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin 36 nömrəli uşaq musiqi məktəbində nəzəri fənlər üzrə I məktəbdaxili bilik yarışması keçirilib.

İki turdan ibarət yarışmada iştirak edən üç komanda – “Melodiya”, “Harmoniya” və “Akkord” – musiqi nəzəriyyəsi, Azərbaycan xalq yaradıcılığı və musiqi ədəbiyyatı üzrə suallara cavab verib. Cavablar münsiflər tərəfindən qiymətləndirildikdən sonra hesablanıb və nəticədən asılı olaraq II tura iki komanda buraxılıb.

II turda “Harmoniya” komandası verilmiş suallara daha düzgün və dolğun cavab verərək yarışmanın qalibi olub.

Sonda məktəbin direktoru Oqtay Muxtarov uşaqlara uğurlar arzulayaraq, gələcəkdə belə yarışmanın geniş formada təşkil olunmasını, həmçinin məktəblər arasında keçirilməsini tövsiyə edib.

 

Baxış sayı: 31479