XƏBƏRLƏR
MƏLUMAT
36 nömrəli uşaq musiqi məktəbi “1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü”nə həsr olunmuş hesabat konserti keçirib
ÜMÜMİ XƏBƏRLƏR
31/05/2019 08:54

Mayın 29-da Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin 36 nömrəli uşaq musiqi məktəbi Kamera və Orqan Musiqisi zalında “1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü”nə həsr olunmuş hesabat konserti keçirib.      

Məktəbin xor kollektivi və şagirdləri Ceyla Miramova, İslam Aqaşov, Zərifə Nəsrullayeva, Cavid Məmmədli, Afaq Məmmədli, Mürsəl Cəfərzadə, Mikayıl Abdullayev, Ülkər Paşazadə, Murad Vəliyev, Murad Hüseynzadə, Fidan Məmmədova, Fidan Əhmədli, Nərgiz Novruzzadə, Emil Əzizov, Fatimə Əhmədli, Nuray Zeynalova, Hüseyn Məmmədov, Nihat Quluzadə, Ülkər Məmmədova, Musa Baqdayev, Ayxan Abbaslı, Fatimə Kostenko və Cəmilə Məmmədlinin ifalarında dünya və Azərbaycan bəstəkarları - A.Əlizadə, S.Raxmaninov, Q.Qarayev, F.Əmirov, T.Bakıxanov, M.Maşkovski, E.Doqa, R.Laqidze, İ.Abdullayev, T.Quliyev, D.Dadaşov, T.Lak, A.Rzayev, P.Çaykovski, S.Ələsgərov, A.Məlikov və F.Mendelsonun əsərləri səslənib.

Konsertdə Bakı Şəhər Mədəniyyət Baş İdərəsinin rəisi Cəlil Məlikov və əməkdaşları, Mədəniyyət Nazirliyinin Regional siyasət şöbəsinin məsləhətçisi Nicat Şərifov, bir çox uşaq musiqi və incəsənət məktəblərinin direktorları, xarici qonaqlar iştirak ediblər.

Sonda məktəbin direktoru Oqtay Muxtarov tədbir iştirakçılarını təbrik edib, onlara tədris ilini uğurla başa vurduqlarına görə Tərifnamə və kiçik hədiyyələr təqdim edib.

 

Baxış sayı: 61235